On doqquz nəfər TOEFL iBT imtahanı verib

On doqquz nəfər TOEFL iBT imtahanı verib Dövlət İmtahan Mərkəzində (DİM) TOEFL iBT imtahanı təşkil olunub.
İmtahanda 3 əcnəbi olmaqla, ümumilikdə 19 nəfər iştirak edib. İştirakçılar imtahanın nəticələrini ETS-in saytında yaradılmış şəxsi hesab vasitəsilə 6 gün sonra onlayn şəkildə öyrənə bilərlər.
Növbəti TOEFL iBT imtahanının iyulun 9-da keçirilməsi nəzərdə tutulur. Qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı DİM-in saytında yerləşdirilmiş linkdən əldə etmək olar.

Tehsil-press.az



Oxşar xəbərlər