Xəzər Universitetinin əməkdaşları Türkiyənin Sabancı Universitetində olublar

Xəzər Universitetinin əməkdaşları Türkiyənin Sabancı Universitetində olublar Xəzər Universiteti İqtisadiyyat və biznes yüksək təhsil fakültəsinin dekanı professor İnqilab Əhmədov və Təhsil departamentinin koordinatoru Cavid Cəfərov “Erasmus+” layihəsi çərçivəsində Türkiyənin Sabancı Universitetində olublar.
Proqram çərçivəsində 9 ölkənin 10 ali məktəbinin təmsilçiləri ilə birgə Sabancı Universitetinin təqdimatları dinlənilib, mövzular ətrafında müzakirələr aparılıb.
Nümayəndələrimiz Xəzər Universiteti haqqında təqdimat edib, Sabancı Universiteti tərəfindən təşkil edilmiş bilik yarışmasında 1-ci yeri tutub və xüsusi hədiyyə ilə təltif olunublar.
Səfər çərçivəsində Sabancı Universitetinin müvafiq qurum rəhbərləri, habelə digər universitet nümayəndələri ilə əməkdaşlıq məsələləri müzakirə edilib, perspektiv istiqamətlər müəyyənləşdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər