Kim Çen In ABŞ-a meydan oxudu: Savaşa hazırıq!

Kim Çen In ABŞ-a meydan oxudu: Savaşa hazırıq! Şimali Koreya ABŞ-la istənilən hərbi qarşıdurmaya hazırdır.
Bunu Şimali Koreya lideri Kim Çen In Koreya müharibəsinin ildönümü ilə bağlı çıxışında deyib.
"Bir daha vurğulayıram ki, Koreya Xalq Demokratik Respublikası ABŞ-la istənilən hərbi qarşıdurmaya tam hazırdır", - Kim Çen In bildirib.
O qeyd edib ki, Pxenyan zərurət yaranarsa, nüvə qüvvəsini də səfərbər etməyə hazır vəziyyətdədir.
Ölkə lideri çıxışına onu da əlavə edib ki, ABŞ Şimali Koreyanın fundamental maraqlarını kobud şəkildə pozmağa, təhlükəsizliyinə qəsd etməyə davam edərsə, bu addım böyük böhrana səbəb olacaq.

Tehsil-press.az



Oxşar xəbərlər