Şagirdlərin elektron yerdəyişməsi davam edir

Şagirdlərin elektron yerdəyişməsi davam edir 2022-2023-cü tədris ili üzrə şagirdlərin yerdəyişməsi prosesi davam edir.
Proses “sy.edu.az” elektron sistemi üzərindən aparılır və sentyabrın 5-i saat 18:00-dək davam edəcək.
Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumtəhsil müəssisəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, “sy.edu.az” elektron sistemi II-IX və XI siniflər üçün avqustun 4-dən, X siniflər üçün isə avqustun 15-dən 11:00-dan aktivləşdirilib.

Tehsil-press.az



Oxşar xəbərlər