II Elizabetin dəfn mərasimi kinoteatrlarda nümayiş etdiriləcək

II Elizabetin dəfn mərasimi kinoteatrlarda nümayiş etdiriləcək Böyük Britaniyanın mərhum kraliçası II Elizabetin dəfn mərasimi kinoteatrlarda yayımlanacaq.
Bu barədə Britaniya mətbuatı bildirib.
Qeyd olunur ki, mərasim ölkə ərazisində azı 150 kinoteatrda nümayiş etdiriləcək. Biletlər ödənişsiz olsa da, mərasimi izləmək istəyən şəxslərə əvvəlcədən yerləri rezerv etmək tövsiyə olunur.
Xatırladaq ki, kraliça II Elizabet sentyabrın 8-də 96 yaşında vəfat edib. Onun dəfn mərasimi sentyabrın 19-da keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər