Pedaqoji Universitetin əməkdaşları Rumıniyada təşkil olunan beynəlxalq həftədə iştirak edirlər

Pedaqoji Universitetin əməkdaşları Rumıniyada təşkil olunan beynəlxalq həftədə iştirak edirlər Rumıniyanın Qalati şəhərində “Dunărea de Jos” Universitetində (UDJG) Beynəlxalq əlaqələr departamentinin “Erasmus+” ofisi tərəfindən təşkil edilən “Erasmus+” beynəlxalq həftənin ilk buraxılış tədbiri keçirilir. Tədbirdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Xarici Dillər Mərkəzinin baş müəllimləri Simuzər Muxtarova və Samirə Babayeva iştirak edirlər.
Tədbirin əsas mövzusu həm ali təhsildə beynəlmiləlləşmə və rəqəmsallaşdırma strategiyalarını təşviq etmək və gücləndirmək, həm də universitetlərarası əməkdaşlıq əlaqələrini inkişaf etdirməkdir.
Sentyabrın 23-dək davam edəcək beynəlxalq həftə “Erasmus+ KA107” proqramı çərçivəsində partnyor universitetlər tərəfindən Qalati “Dunărea de Jos” Universiteti haqqında biliklərə, habelə onlar arasında əməkdaşlığın möhkəmləndirilməsinə və inkişafına öz töhfəsini verir.
Tədbirin əsas məqsədi mədəni və dil müxtəlifliyi, iştirakçılar və təşkilatçılar arasında nəinki akademik mübadilə layihələri, həmçinin beynəlxalq əlaqələr sahəsində ən yaxşı təcrübələrin mübadiləsini həyata keçirməkdir.

Tehsil-press.az



Oxşar xəbərlər