AzTU əməkdaşları Buxarest İqtisadiyyat Universitetində ezamiyyətdədir

AzTU əməkdaşları Buxarest İqtisadiyyat Universitetində ezamiyyətdədir Azərbaycan Texniki Universitetinin (AzTU) rektorunun beynəlxalq əlaqələr üzrə müşaviri Fariz Məmmədov və Xarici əlaqələr şöbəsinin müdiri Orxan Vətənxah “Erasmus+” KA1 mobillik proqramı çərçivəsində Rumıniyanın Buxarest İqtisadiyyat Universitetində ezamiyyətdədir.
Səfər çərçivəsində əməkdaşlar Buxarest İqtisadiyyat Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Marius Profiroiu ilə görüşüblər.
Görüşdə AzTU-da görülən işlər, həyata keçirilən layihələr, universitetin beynəlxalq əlaqələri haqqında məlumat verilib. Həmçinin AzTU ilə Buxarest İqtisadiyyat Universiteti arasında müxtəlif istiqamətlərdə əməkdaşlıq üçün yaxşı imkanların olduğu bildirilib.
Buxarest İqtisadiyyat Universitetinin beynəlxalq əlaqələr şöbəsində və Dayanıqlı inkişaf üzrə tədqiqat mərkəzində keçirilən görüşlərdə isə universitetlər arasında “Erasmus+” proqramı çərçivəsində mobilliyin inkişaf etdirilməsi və birgə tədqiqatla bağlı əməkdaşlığın perspektivləri müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər