Təl-Əviv Universitetinin professoruna ADNSU-nun fəxri professoru diplomu təqdim olunub

Təl-Əviv Universitetinin professoruna ADNSU-nun fəxri professoru diplomu təqdim olunub Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi şuranın növbədənkənar iclası keçirilib. İclasda bu ali məktəbin dünya elmi birliyində tanınmış məzunu, İsrailin Təl-Əviv Universitetinin professoru Lev Eppelbauma ADNSU-nun fəxri professoru diplomu təqdim olunub.
ADNSU-nun Elmi şurasının 2020-ci il 1 oktyabr tarixli iclasında qəbul olunmuş qərara əsasən, Lev Eppelbauma fəxri professor adının verilməsinin təsdiq edildiyini deyən universitetin rektoru professor Mustafa Babanlı onun bu adı çoxdan qazandığını və təhsil müəssisəsinin fəxri məzunlarından olduğunu diqqətə çatdırıb.
ADNSU-nun elmi işlər üzrə prorektoru professor Lətafət Qardaşova Lev Eppelbaumun həyat və elmi fəaliyyəti haqqında geniş məlumat verib.
Sonra rektor M.Babanlı ADNSU-nun fəxri professoru diplomunu qonağa təqdim edib.
Lev Eppelbaum məzunu olduğu ADNSU-nun onun üçün hər zaman doğma olduğunu deyib və ona göstərilən diqqətə, yüksək etimada görə Elmi şuranın üzvlərinə minnətdarlığını bildirib.
Sonra professor Lev Eppelbaum geniş məruzə ilə çıxış edib və sualları cavablandırıb.

Tehsil-press.az



Oxşar xəbərlər