ADNSU-da cari tədris ilinin yekunları ilə bağlı müzakirələr aparılıb

ADNSU-da cari tədris ilinin yekunları ilə bağlı müzakirələr aparılıb Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi şuranın növbəti iclası keçirilib.
İclasda ADNSU-nun rektoru professor Mustafa Babanlı gündəlikdə olan məsələləri diqqətə çatdırıb. Sonra rektor illik hesabat məruzəsi ilə çıxış edib. 2021-2022-ci tədris ilinin yekunlarından danışan M.Babanlı bildirib ki, tədrisin əsas hissəsini məzmun, onun çatdırılması və qiymətləndirmə təşkil edir və hər bir müəllim, təhsilverən bu meyarı nəzərə almalıdır.
Rektor ADNSU-nun beynəlxalq əlaqələri, akkreditasiya olunmuş ixtisaslar, universitetin professor-müəllim heyətinin elmi nailiyyətləri, dünya səviyyəli metrik bazalarda çap olunmuş məqalələr və ümumilikdə universitetin elmi-tədqiqat sahəsində əldə etdiyi uğurlar və hədəflər barədə ətraflı məlumat verib.
İclasda, həmçinin imtahan sessiyalarının nəticələri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Tehsil-press.az


Oxşar xəbərlər