Dünya şöhrətli polşalı alimə ADNSU-nun Fəxri doktoru adı verilib

Dünya şöhrətli polşalı alimə ADNSU-nun Fəxri doktoru adı verilib Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) dünya şöhrətli alim, Polşa Elmlər Akademiyasının həqiqi üzvü, professor Janusz Kacprzyka ADNSU-nun Fəxri doktoru diplomu təqdim edilib.
Qeyd edək ki, fəxri adın verilməsi ilə bağlı qərar cari il oktyabr ayında verilsə də, diplom bu gün Janusz Kacprzykanın da iştirak etdiyi ADNSU-nun Elmi Şurasının növbəti iclasında sahibinə təqdim olunub.
Elmi Şuranın iclasında ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək dəvəti qəbul edib ölkəmizə, o cümlədən ADNSU-ya gəldiyinə görə Elmi Şura və uiversitet adından dünya səviyyəli alim Janusz Kacprzyka minnətdarlıq edib. Bildirib ki, o, nəinki öz vətəni Polşada, dünyanın bir neçə qabaqcıl univrsitetinin fəxri professorudur. Professor Janusz Kacprzykanın dəvət aldığı universitetlər onun təcrübəsindən yararlanaraq yeni-yeni uğurlara imza atıblar.
Dünya elminin və təhsilinin inkişafına töhfə verən alim Janusz Kacprzykla əməkdaşlığın önəmindən danışan rektor qeyd edib ki, bu dəyərli əlaqələr bizə imkan yaradacaq ki, bundan sonra Polşanın qabaqcıl universitetləri ilə əməkdaşlıq edək, yeni-yeni inkişaf perspektivləri yaradaq.
İclasında ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova professor Janusz Kacprzykun təhsili və elmi dərəcələri haqqında şura üzvlərinə məlumat verib. Bildirilib ki, Janusz Kacprzyk Web of Science və Scopus kimi dünya səviyyəli bazalara düşən iki jurnalın redaktorudur. Həmçinin, spingerdə 8 kitabın baş redaktorudur, 300-dən çox beynəlxal konfransın iştirakçısıdır. Polşa Elmlər Akademiyasının həqiqi üzvü, professor Janusz Kacprzyk ABŞ, Böyük Britaniya, Yaponiya, Meksika, İtaliya kimi ölkələrdə fəaliyyət göstərən ali təhsil ocaqlarının dəvətli professorudur.
Rektor Mustafa Babanlı tərəfidən qonağa ADNSU-nun “Fəxri doktoru” diplomu (o cümlədən) təqdim olunduqdan sonra professor Janusz Kacprzyk dünya elmin inkişafı, süni intellektin önəmi və elmdə yeni hədəflər haqqında geniş məruzə ilə çıxış edib. Sonda Elmi Şura üzvlərinin suallarını cavablandıran professor Janusz Kacprzyk ona verilən fəxri ada və göstərilən diqqətə görə rektor Mustafa Babanlıya və Elmu Şura üzvlərinə öz minnətdarlığını bildirib.
Qeyd edək ki, dünya şöhrətli alim Janusz Kacprzyk burada olduğu iki gün ərzində ADNSU-nun rektoru, professor Mustafa Babanlı ilə görüşü ilə yanaşı, universitetlə də geniş tanış olub. ADNSU-nun Lazer mərkəzi, Ali riyaziyyat kafedrası, Tarix və
Mineralogiya muzeyləri, həmçinin universitetin yeni avadanlıqlarla təchiz edilən müasir auditoriyaları, Azİİ e-Kitab Evi-ndə olub. Qonaq universitetlə tanışlıq çərçivəsində ADNSU-nun BA proqramlarının direktoru, texnika elmləri doktoru Rafiq Əliyevlə də görüşüb, görüşdə elmi təcrübə və tədqiqat işlərinin perspektivləri müzakirə edilib.
Professor J.Kacprzyk səfər çərçivəsində həmçinin, ADNSU-nun nəzdində yerləşən Azərbaycan-Fransız Universitetində (UFAZ) də olub. Qonaq UFAZ-ın laboratoriyalarını gəzib, auditoriyalar, kitabxana və universitetdə yaradılan maddi-texniki baza ilə yaxından tanış olub. O, UFAZ-ın icraçı direktoru, dosent Vazeh Əskərov və Baş katib Elizaveta Bydanova ilə görüşdə UFAz-ın strukturu, tədris prosesi, ixtisaslar və əməkdaşlıq əlaqələri haqqında fikir mübadiləsi aparılıb.

Tehsil-press.az



Oxşar xəbərlər