Memarlıq və İnşaat Universitetinin müəllimi İtaliyada tədqiqat aparıb

Memarlıq və İnşaat Universitetinin müəllimi İtaliyada tədqiqat aparıb Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Mühit dizaynı kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elşad Əliyev İtaliyanın Florensiya şəhərində elmi ezamiyyədə olub. Səfər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “EU4Culture” layihəsi çərçivəsində reallaşıb.
Elşad Əliyev Uffizi Qalereyasının kitabxana və arxivində, Florensiya Alman İncəsənət İnstitutunun və Milli Borgello Muzeyinin kitabxanalarında tədqiqat işi aparıb. O, həmçinin həmin müəssisələrdə bir neçə alimlə görüşlər və müzakirələr keçirib, gələcək əməkdaşlıq haqqında ilkin razılıq əldə edib.

Tehsil-press.az


Oxşar xəbərlər