AMEA-nın müxbir üzvü İslam Mustafayev AEBA-nın 66-cı sessiyasında iştirak edib

AMEA-nın müxbir üzvü İslam Mustafayev AEBA-nın 66-cı sessiyasında iştirak edib Radiasiya Problemləri İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş Assambleyasının 66-cı sessiyasında iştirak edib.
Avstriyanın Vyana şəhərində keçirilən sessiyada ölkəmizi, həmçinin Azərbaycan Respublikası Xarici İşlər, Fövqəladə Hallar və Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin nümayəndələri təmsil ediblər.
Tədbirdə AEBA-nın üzvü olan ölkələr il ərzində atom enerjisinin dinc məqsədlərlə istifadəsi sahəsində görülən işlər, o cümlədən həyata keçirilən layihələr haqqında məlumat veriblər. Sessiyada çıxış edən Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasının işinin 2036-cı ilədək uzadılması haqqında plana qarşı etirazını bildirib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin iştirakı ilə AEBA-nın Texniki Əməkdaşlıq Proqramı çərçivəsində ölkəmizdə həyata keçirilən layihələr, eləcə də qarşıdakı illərdə bu əməkdaşlığın genişləndirilməsi planları müzakirə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər