ADA Universitetində fəaliyyət göstərən tələbə klublarının ilk sərgisi keçirilib

ADA Universitetində fəaliyyət göstərən tələbə klublarının ilk sərgisi keçirilib ADA Universitetində fəaliyyət göstərən tələbə klublarının ilk sərgisi keçirilib.
Hər bir klub xüsusi stendlə təmsil edilərək öz fəaliyyətini əks etdirən broşür və digər məlumatlandırıcı materiallar sərgiləyib.
Süni İntellekt, maliyyə, incəsənət, idman və digər istiqamətlər üzrə fəaliyyət göstərən klubların üzvləri burada təhsil alanların tələbə həyatını daha fəal keçirmələri üçün dərsdənkənar tədbirlər təşkil edirlər. Həmin tədbirlər sırasında xeyriyyə kampaniyalarını, idman və intellektual yarışları qeyd etmək mümkündür.
Qeyd edək ki, hazırda ADA Universitetində 50 tələbə klubu fəaliyyət göstərir. Həmin klublar vasitəsilə yerli tələbələrlə yanaşı, xarici tələbələr də tədbirlər təşkil edərək buradakı tələbə həyatını daha da rəngarəng edirlər.

Tehsil-press.az

Oxşar xəbərlər