Fransa mətbuatında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə məqalə dərc olunub

Fransa mətbuatında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə məqalə dərc olunub Fransanın “La Gazette” xəbər portalında Praqada Avropa Siyasi Birliyinin birinci sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşü və bu görüşün sonunda qəbul olunmuş bəyanata əsasən Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması barədə məqalə dərc olunub.
Məqalədə bilidirilib ki, Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci Alma-Ata bəyannaməsinə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyır.
“Tərəflər bildiriblər ki, bu, delimitasiya üzrə komissiyanın fəaliyyəti üçün əsasdır və komissiyanın növbəti iclası oktyabrın sonunda Brüsseldə keçirilməlidir”, -deyə məqalədə qeyd olunub.
Həmçinin vurğulanıb ki, Ermənistan Azərbaycanla sərhədə Aİ-nin mülki missiyasının göndərilməsinə razılıq verib.
“Azərbaycan da bu komissiya ilə əməkdaşlığa razılıq verib. Missiya işini oktyabrda başlayıb, 2 ay müddətinə başa çatdıracaq", -deyə məqalədə əlavə olunub.

Tehsil-press.az


Oxşar xəbərlər