Ukrayna şəhərləri atəşə tutuldu - 10 ölü, 60 yaralı

Ukrayna şəhərləri atəşə tutuldu - 10 ölü, 60 yaralı Bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevdə və Dnepr şəhərində güclü partlayışlar baş verib.
Paytaxtda 4 güclü partlayış səsinin eşidildiyi bildirilir.
Dneprdə isə azı 3 partlayışın baş verdiyi qeyd olunur.
***
Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, Kiyevə atılan raketlərdən biri Vladimirskaya küçəsinə düşüb. Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin ofisi məhz bu küçədə yerləşir. Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi də həmin əraziyə yaxın məsafədədir.

Tehsil-press.az

Oxşar xəbərlər