
Diplomu təqdim edən Ukrayna Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti Anton Naumovetsin sözlərinə görə, A.Quliyev təkcə Azərbaycanın deyil, həm də Ukrayna elminin inkişafına öz töhfəsini verən alimdir. Onun 200-ə yaxın elmi məqaləsi, 7 monoqrafiyası Ukraynanın elmi nəşrlərində çap olunub. Əsasən də beynəlxalq terrorizmlə mübarizə mövzusu A.Quliyevin elmi işlərinin ana xəttini təşkil edib.
Tehsil-press.az