Oktyabrın 17-də bəzi rayonlarda intensiv yağış yağacaq

Oktyabrın 17-də bəzi rayonlarda intensiv yağış yağacaq Azərbaycanda oktyabrın 17-nə gözlənilən hava proqnozu açıqlanıb.
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 16-18°, gündüz 20-23° isti, Bakıda gecə 16-18°, gündüz 21-23° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi normadan yüksək - 770 millimetr civə sütunu olacaq. Nisbi rütubət 60-70 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-17°, gündüz 20-25° isti, dağlarda gecə 2-6°, gündüz 6-10° isti olacağı bildirilir.

Tehsil-press.az

Oxşar xəbərlər