
Görüş zamanı BANM ilə İTU arasında tədris, süni intellekt, ikili diplom, qarşılıqlı tələbə və müəllim mübadiləsi və əməkdaşlıq perspektivləri müzakirə edilib. Kompüter mühəndisliyi, birgə akademik proqramların həyata keçirilməsi və süni intellekt ixtisasının yaradılması ətrafında fikir mübadiləsi aparılıb. Bundan başqa, onlayn tədrisin təşkili istiqamətində qarşılıqlı təcrübə mübadiləsi və dəstək barədə qərar qəbul edilib. Əldə edilən razılığa əsasən, Bakı Ali Neft Məktəbinin və İstanbul Texnik Universitetinin seçilmiş tələbələri hər iki təhsil müəssisəsinin diplomunu əldə etmək imkanı qazanacaqlar.
Qeyd edək ki, İstanbul Texnik Universiteti mühəndislik və memarlıq sahələrində ixtisaslaşmış ali təhsil məktəbidir və dünyanın qabaqcıl texniki universitetlərindən biri hesab olunur.
Tehsil-press.az