
Reytinqdə Azərbaycandan siyahıya düşən 14 alimdən 2 nəfəri Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllimi olub.
Mühəndislik və tətbiqi elmlər kafedrasının baş müəllimi fizika üzrə fəlsəfə doktoru, Kompozit Materiallar Elmi-Tədqiqat Mərkəzinin tədqiqatçıları - Tural Nağıyev və fizika elmləri doktoru, dosent Sakin Cabbarov reytinq siyahısında yer alıblar.
Ümumilikdə reytinq nəticəsində dünyanın ən prioritet elmi istiqamətləri kimi süni intellekt və materialşünaslıq müəyyən olunub.
Tehsil-press.az