Reytinq universitetlərin tədris və tədqiqat sahəsindəki nüfuzuna əsaslanır
Dünya universitetlərinin növbəti RUR beynəlxalq reytinqi (RUR Reputation Rankings) açıqlanıb. Reytinqdə dünyanın 80 ölkəsindən 930 ali təhsil müəssisəsi yer alıb.
Reytinqin ön sırası dünyada ən çox tanınan üçlükdən - Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu və Stanford Universitetindən təşkil olunub. Sıralamada dördüncü yeri Böyük Britaniyanın Kembric Universiteti tutub. Reytinqin beşinci pilləsində isə Kaliforniya Berkli və Oksford universitetləri qərarlaşıb.
Asiyanın aparıcı universiteti ənənəvi olaraq dünyanın 14 -cü yerini tutan Tokio Universitetidir. Sinqapur Milli Universiteti 19 -cu mövqedədir. Asiya liderlərinin üçlüyünü Yaponiyadan olan daha bir universitet – 25-ci sırada yerləşən Kyoto Universiteti tamamlayır.
Qeyd edək ki, Rusiya mənşəli RUR beynəlxalq reytinqi mütəmadi olaraq yenilənən ilk qlobal reytinqidir. Reytinq dövlətlərin, abituriyentlərin və tələbələrin, akademik ictimaiyyətin, universitet menecmentinin fərdi hədəflərə uyğun olaraq ali məktəblərin seçilməsinə dair qərar qəbul etmək və qiymətləndirmək üçün yaradılıb.
Reytinq iki göstəriciyə – universitetin tədris və tədqiqat sahəsindəki nüfuzuna əsaslanır. Clarivate Analytics şirkətinin elmi məlumatları əsasında tərtib olunan beynəlxalq RUR reytinqində universitetlər 20 parametr üzrə qiymətləndirilir.
Builki reytinqdə Azərbaycanın 3 ali təhsil müəssisəsi - Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) yer alıb. BDU 26.872 balla 621-ci, AzMİU 10.945 balla 725-ci, UNEC 6332 balla 786-cı yerdədir.
"Bizim reallığımız brend dünyası olduğundan, ağıl və istedadlar üçün onların mübarizəsi, markaların təsirinin qiymətləndirilməsi məsələsi qanunauyğundur. Bu məqsədlə də ayrıca olaraq dünya universitetlərinin RUR reytinqi hazırlanıb", - deyə reytinq tərtibçiləri bildiriblər.
Tehsil-press.az