
2022-ci ilin siyahısına 6 elm sahəsi üzrə ölkədə və xaricdə fəaliyyət göstərən 14 azərbaycanlı alim daxil edilib ki, onlar da 8 təşkilatın nümayəndəsidir.
Qeyd edək ki, reytinq siyahısı baş ofisi Amsterdam şəhərində yerləşən, dünyanın ən böyük və nüfuzlu akademik nəşriyyatı olan "Elsevier" şirkətinin "Scopus" bazasının bir il əvvəlki məlumatları əsasında tərtib edilir. Siyahı iki mərhələdə həyata keçirilir. İlkin seçim məhsuldarlıq göstəricisi əsasında aparılır. Belə ki, 1-ci mərhələdə ən azı 5 məqaləsi "Scopus" bazasında indeksləşən alimlər seçilir. Sonrakı mərhələdəki seçim isə keyfiyyət göstəriciləri əsasında aparılır. Sonra bu göstəricilər əsasında ümumiləşmiş (kompozit) indikator hesablanır və alimlər bu indikatora nəzərən ranqlaşdırılılr. Ranqlaşdırmadan sonra ilk 2 faizə daxil olan alimlərin reytinq siyahısı tərtib edilir. Ranqlaşdırma 22 elm sahəsinin hər biri üzrə ayrılıqda aparılır.
Tehsil-press.az