Azərbaycan aliminin adı 2020-ci ildə dünyanın ən çox istinad olunan tədqiqatçıları siyahısında yer alıb

Azərbaycan aliminin adı 2020-ci ildə dünyanın ən çox istinad olunan tədqiqatçıları siyahısında yer alıb “Clarivate Analytics” şirkətinin “Web of Science” elmmetrik bazası hər il dünyanın ən nüfuzlu alimlərinin adlarını açıqlayır. 2020-ci ildə 21 tədqiqat sahəsi üzrə ən çox istinad olunan alimlərin elit qrupunda azərbaycanlı alim, Rusiya Elmlər Akademiyası Bitki Fiziologiyası İnstitutunun laboratoriya müdiri, Biologiyanın Fundamental Problemləri İnstitutunun baş elmi işçisi, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Bionanotexnologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Süleyman Allahverdiyev yer alıb.
Son üç ildə hər il Süleyman Allahverdiyevin adı bu siyahıdadır. Onun elmi araşdırmalarının nəticələri “Chemical Reviwers”, “Proceedings of National Academy of Science USA”, “The EMBO Journal”, “Journal of Photochemical and Photobiolgy”, “Photosynthesis Research”, “FEBS Letters” və s. nüfuzlu jurnallarda dərc edilir. Görkəmli alim 500-dən çox elmi əsər, 8 kitab və 6 ixtiranın müəllifidir, onun işlərinə 17330-dan artıq istinad olunub.

Tehsil-press.az

Oxşar xəbərlər