AzMİU alimlərinin “Scopus” beynəlxalq bazasına çıxış imkanları genişləndirilir

AzMİU alimlərinin “Scopus” beynəlxalq bazasına çıxış imkanları genişləndirilir “Scopus” beynəlxalq bazasının Rusiya və Orta Asiyada analitik həllər üzrə məsləhətçisi Kirill İvanov və Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə meneceri Damir Raxmetov Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) olublar.
Elm və innovasiya məsələləri üzrə prorektor professor Nigar Aslanova qonaqlarla universitetin “Scopus” bazası ilə bağlı prioritet məsələlərini müzakirə edib. Prorektor qeyd edib ki, AzMİU alimlərinin elmi məqalələrinin beynəlxalq reytinq bazalarına daxil olan jurnallarda nəşri rəhbərliyin diqqət mərkəzindədir.
Qonaqlar AzMİU-da nəşr olunan elmi jurnalların redaktorları ilə görüşüblər. Görüşdə “Scopus”da elmi jurnalların indeksləşdirilməsi, müraciət üçün nəşrin hazırlanması, seçim meyarları, proseduru və monitorinq, eləcə də konfrans məqalələri üçün indeksləşdirmə imkanları ilə bağlı geniş müzakirələr aparılıb.
Daha sonra universitetin professor-müəllim heyəti üçün “SCOPUS”da indeksləşdirilmiş nəşrlərdə məqalələrin dərc edilməsi: jurnal seçimi, məqalələrə tələblər və nəşr etikası” mövzusunda seminar keçirilib. Mövzu ilə bağlı yaranan suallar mütəxəssislər tərəfindən cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər