Ukraynada döyüşən ruslara bu qədər pul veriləcək

Ukraynada döyüşən ruslara bu qədər pul veriləcək Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı hərbi əməliyyatlarda iştirak edənlərə birdəfəlik ödəniş haqqında fərman imzalayıb.
Sənədə əsasən, hərbi xidmət üçün müqavilə bağlamış hərbi qulluqçular, o cümlədən səfərbərliklə döyüşlərə cəlb olunanlara 195 min rubl (5400 AZN) ödəniləcək.
Hökumətə ödənişlərin həyata keçirilməsi qaydasını müəyyən etmək və bu məqsədlər üçün xərclərin maliyyələşdirilməsini təmin etmək tapşırılıb.
“Bu fərman 2022-ci il sentyabrın 21-dən yaranmış hüquq münasibətlərinə şamil edilir”, - deyə fərmanın mətnində deyilir.

Tehsil-press.az





Oxşar xəbərlər