Pedaqoji Universitetin tələbələri Hərbi Qənimətlər Parkında olublar

Pedaqoji Universitetin tələbələri Hərbi Qənimətlər Parkında olublar Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında “Hədəf 10 faiz” proqramı çərçivəsində Hərbi Qənimətlər Parkına ekskursiya təşkil olunub.
Ekskursiya 44 gün davam edən Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlər haqqında tələbələri məlumatlandırmaq məqsədilə təşkil edilib.
Ekskursiya zamanı tələbələrə Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqlar, düşmənin canlı və hərbi qüvvəsinin itkiləri barədə məlumat verilib. Həmçinin müharibə cinayətləri, döyüş bölgəsindən uzaq olan ərazilərin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar tələbələrin diqqətinə çatdırılıb.
Tələbələr ekskursiya çərçivəsində Vətən müharibəsi zamanı qənimət götürülən eksponat, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, həmçinin Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqlarına tamaşa edib, videozalda Zəfər tarixini əks etdirən filmi izləyiblər.
Hərbi Qənimətlər Parkına ekskursiya tələbələrdə xalqımızın Vətən müharibəsində qazandığı böyük tarixi Qələbə haqqında dolğun məlumat yaratmaqla yanaşı, onlara qürurverici hisslər yaşadıb.

Tehsil-press.az

Oxşar xəbərlər