BSU-nun əcnəbi tələbələri Hərbi Qənimətlər Parkında olublar

BSU-nun əcnəbi tələbələri Hərbi Qənimətlər Parkında olublar Anım Günü ilə əlaqədar olaraq Bakı Slavyan Universitetinin (BSU) bir qrup tələbə, magistrant və əcnəbi tələbələrinin iştirakı ilə Hərbi Qənimətlər Parkına ekskursiya təşkil edilib. Ekskursiyada BSU-da təhsil alan Rusiya, Türkiyə, Pakistan, Hindistan, Türkmənistandan olan əcnəbi tələbələr iştirak ediblər.
Tələbələr Vətən müharibəsində Azərbaycan Ordusunun qənimət götürdüyü Ermənistan ordusuna məxsus zirehli texnikalar, artilleriya qurğuları, piyada döyüş maşınları, digər hərbi texnika və sursatlarla yaxından tanış olublar. Onlara Vətən müharibəsində Ordumuzun qazandığı şanlı Zəfər və əldə olunan hərbi qənimətlər barədə ətraflı məlumat verilib.

Tehsil-press.az

Oxşar xəbərlər