Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil Nazirliyi, ölkənin aparıcı ali məktəbləri və “Times Higher Education” (THE) təşkilatı arasında əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüşdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı dünya universitetlərinin reytinqinin dərc olunması sahəsində fəaliyyət göstərən “Times Higher Education” təşkilatı ilə əməkdaşlığın respublikanın ali təhsil müəssisələri üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Təşkilatın Rusiya və MDB ölkələri üzrə regional direktoru Yeqor Yablokov təmsil etdiyi şirkət haqqında məlumat verərək, hazırda müxtəlif ölkələrin universitetlərinin THE-nin dərc etdiyi reytinqə düşmək üçün səy göstərdiyini və milli hökumətlərin bu işdə onlara dəstək verdiyini söyləyib. Reytinqə düşmək üçün vacib meyar kimi ali məktəbin elmimetrik göstəricilərini qeyd edən Y.Yablokov THE təşkilatının “Scopus” elmi nəşriyyat bazasına istinad etdiyini bildirib.
“Elsevier” elmi nəşriyyat evinin regional direktoru Aliya Ospanova Azərbaycan ali məktəblərinin son illər “Scopus” bazasında dərc olunmuş məqalələri ilə bağlı statistikanı açıqlayıb. O, Azərbaycanın elmi nəşrlərinin “Scopus” bazasında dərci ilə bağlı kəmiyyət göstəricilərinin artırılması istiqamətində ali məktəblərimizlə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
“Elsevier”in elmi-tədqiqat həlləri istiqamətinin rəhbəri Dmitri Sultanov Azərbaycanda dərc olunan elmi jurnalların “Scopus” bazasına uyğunlaşdırılması və sonrakı indeksləşdirilməsi üçün məsləhətlər verməyə, redaksiya əməkdaşları üçün təlimlər keçməyə və bütövlükdə beynəlxalq miqyasda istinadların sayının artırılması istiqamətində dəstək göstərməyə hazır olduqlarını bildirib.
“Times Higher Education” və “Elsevier” elmi nəşriyyat evinin nümayəndələri sualları cavablandırıblar.
ADNSU-nun rektoru Azərbaycan ali məktəblərinin “Times Higher Education” və “Elsevier” Elmi nəşriyyat evi ilə əməkdaşlıqda maraqlı olduqlarını qeyd edərək tərəflərin qarşılıqlı faydalı əməkdaşlığa dair razılığa gələcəklərinə ümidvar olduğunu söyləyib.
Görüş işçi qruplar səviyyəsində davam edib.
ADNSU-nun Mətbuat Xidməti