
Hökumət bu sənəd ilə qondarma “Artsax Respublikası”nın müstəqilliyini tanımağa və Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırış edib.
Belə ki, sənədin lehinə 295, əleyhinə 1 senator səs verib.
Sənəddə Azərbaycandan qaz və neft tədarükünə embarqonun tətbiqi imkanlarına baxılması təklif edilir.
Qətnamənin müəllifləri Bruno Retaio, Patrick Canneri, Herve Marsey, Elian Asasidir. Onlara daha iki deputat – Kristian Kambo və Gilbert-Lyuk Devinaz qoşulub.
Sənədin müəllifləri Fransa Konstitusiyasının 26 iyun 1945-ci ildə qəbul edilmiş 34-1 maddəsinə, BMT-nin 16 sentyabr 2005-ci il tarixli 60/1, 9 noyabr 2020-ci il tarixli bəyanatına istinad edirlər.
Qeyd edək ki, 2020-ci ilin noyabrında da Fransa Senatı belə bir qətnamə qəbul etmişdi. Qətnamənin qəbul edilməsinə 305, əleyhinə isə 1 nəfər səs vermişdi.
Tehsil-press.az