AzTU-da “Şuşa İli” və Zəfər Gününə həsr olunan spartakiadanın qalibləri müəyyənləşib

AzTU-da “Şuşa İli” və Zəfər Gününə həsr olunan spartakiadanın qalibləri müəyyənləşib Azərbaycan Texniki Universiteti (AzTU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Şuşa İli” və Zəfər Gününə həsr olunan spartakiadanın bağlanış mərasimi keçirilib.
Tədbirdə çıxış edən AzTU-nun elm və innovasiya üzrə prorektoru Sübhan Namazov spartakiadanın əhəmiyyətindən danışıb. Bildirib ki, tələbələrin keyfiyyətli təhsil alması ilə yanaşı, onların sağlamlığının qorunması da diqqət mərkəzindədir. Bu məqsədlə AzTU-da mütəmadi olaraq idman yarışları, spartakiadalar keçirilir.
Sübhan Namazov spartakiadada qalib olan komandalara uğurlar arzulayıb.
Qeyd edək ki, AzTU-nun İdman sarayında təşkil olunan yarışlar şahmat, stolüstü tennis, voleybol və futzal idman növü üzrə keçirilib.
Spartakiadanın nəticələrinə əsasən, şahmat üzrə yarışda birinci yerə Energetika və avtomatika fakültəsinin komandası, ikinci yerə Xüsusi texnika və texnologiya fakültəsinin komandası, üçüncü yerə isə İqtisadiyyat və idarəetmə fakültəsinin komandası layiq görülüb.
Stolüstü tennis idman növü üzrə qalib Energetika və avtomatika fakültəsinin komandası olub. Xüsusi texnika və texnologiya, nəqliyyat və logistika fakültələrinin komandaları isə müvafiq olaraq ikinci və üçüncü yerdə qərarlaşıblar.
Voleybol yarışında birinci yerə İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin, ikinci yerə Xüsusi texnika və texnologiya fakültəsinin, üçüncü yerə isə Nəqliyyat və logistika fakültəsinin komandaları layiq görülüblər.
Futzal yarışının da qalibi İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin komandası olub. Maşınqayırma və robototexnika fakültəsinin komandası ikinci, Nəqliyyat və logistika fakültəsinin komandası isə futzal yarışında üçüncü yerdə qərarlaşıb.

Tehsil-press.az

Oxşar xəbərlər