Azərbaycan Texniki Universitetində keçirilən spartakiadanın qalibləri mükafatlandırılıblar

Azərbaycan Texniki Universitetində keçirilən spartakiadanın qalibləri mükafatlandırılıblar Azərbaycan Texniki Universitetində (AzTU) idmanın altı növü – futzal, voleybol, şahmat, stolüstü tennis, badminton və nərd üzrə keçirilən spartakiada yarışları başa çatıb. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan spartakiadanın yekunlaşması münasibətilə AzTU-nun idman sarayında mükafatlandırılma mərasimi keçirilib.
Tədbirdə bu ali məktəbin rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov doqquz fakültənin tələbələri və əməkdaşları arasında keçirilən yarışların qaliblərini təbrik edib, onlara gələcəkdə daha böyük uğurlar arzulayıb. Vurğulanıb ki, ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi bədən tərbiyəsi və idmanın inkişafına da daim xüsusi diqqət yetirib. AzTU-nun idman sarayı da keçmiş SSRİ dövründə Ümummilli Liderin səyi ilə inşa edilib.
Prezident İlham Əliyevin idmana göstərdiyi qayğıdan, ölkəmizdə keçirilən beynəlxalq yarışlardan və idmançılarımızın müxtəlif idman növləri üzrə qazandıqları nailiyyətlərdən danışan X.Yahudov Azərbaycanın dünyada artıq idman ölkəsi kimi tanındığını deyib.
Sonra qaliblərə mükafatlar təqdim olunub.
Tələbələr arasında komanda yarışları üzrə birinci yerə AzTU-nun maşınqayırma fakültəsi, ikinci yerə mühəndis biznesi və menecment fakültəsi, üçüncü yerə isə xüsusi texnika və texnologiya fakültəsi layiq görülüb. Əməkdaşlar arasında keçirilən komanda yarışlarında isə mühəndis biznesi və menecment fakültəsi birinci, avtomatika və kompüter texnikası fakültəsi ikinci, xüsusi texnika və texnologiya fakültəsi üçüncü yerə çıxıb.

Kəmalə Rəhimli


Azərbaycan Texniki Universitetində keçirilən spartakiadanın qalibləri mükafatlandırılıblar
Azərbaycan Texniki Universitetində keçirilən spartakiadanın qalibləri mükafatlandırılıblar
Azərbaycan Texniki Universitetində keçirilən spartakiadanın qalibləri mükafatlandırılıblar

Oxşar xəbərlər