Bakı Xoreoqrafiya Akademiyası YAP-ın 30 illiyinə həsr olunmuş bədii proqram təqdim edib

Bakı Xoreoqrafiya Akademiyası YAP-ın 30 illiyinə həsr olunmuş bədii proqram təqdim edib Bakı Xoreoqrafiya Akademiyası (BXA) Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı ilə birgə YAP-ın 30 illiyinə həsr olunmuş konsert proqramı təşkil edib.
Konsert Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanıb.
Konsertdə BXA-nın tələblərinin ifasında M.Maqomayevin “Azərbaycan”, Ü.Hacıbəylinin “Cəngi” , C.Cahangirovun “Ala göz”, T.Ağayevanın “Mən fəxr edirəm ki, azərbaycanlıyam”, Q.Qarayevin “Leyli və Məcnun” baletindən parça, L.Minkusun “Don Kixot” baletindən Kitrinin variasiyası və digər əsərlər təqdim olunub.
Həmçinin xalq rəqsləri “Şələqoy”, “Qartal”, “İgidlər”, S.Raxmaninovun “Burevestnik” və ispan xalq rəqsi “Flamenko” ifa olunub.
Konsertin bədii rəhbəri BXA-nın tədris işləri üzrə prorektoru, rektor vəzifəsini müvəqqəti icra edən Əməkdar artist Nailə Məmmədzadədir.

Tehsil-press.az


Oxşar xəbərlər