Rusiyanın Udmurtiya Respublikasının İjevsk şəhərində məktəbdə baş verən atışma nəticəsində ölənlər var. Şəhərin 88 saylı məktəbində naməlum şəxsin odlu silahdan atəş açması nəticəsində 10 nəfər, o cümlədən məktəbin mühafizəçisi və 5 şagird həlak olub. Hadisə nəticəsində yaralananlar da var. Atəş açan şəxs barədə hələlik məlumat yoxdur.