Putinlə bağlı afrikalıların bu şüarı şokedicidir - Borrell

Putinlə bağlı afrikalıların bu şüarı şokedicidir - Borrell Putini dəstəkləyən afrikalılar onun kim olduğunu və Donbasın harada yerləşdiyini bilmir.
Bu barədə AB-nin xarici siyasət üzrə ali nümayəndəsi Jozep Borrell deyib.
O, afrikalıların səmimiyyətinə inanmadığını söyləyib:
“Rusiya günahı başqasına atır, dünyanın fərqli bölgələrində partnyorlar tapır. Məsələn, televiziya kanallarının göstərdiyi Bamako (Malinin paytaxtı – red.) küçələrində nümayiş zamanı qaldırılan plakatda “Putin Donbası xilas etdin, indi də bizi xilas et” yazan gənclərdən danışıram. Şokedicidir! Bu insanların Putini tanımadığını, Donbasın harada olduğunu bilmədiyini söyləmək mümkündür”.

Tehsil-press.az


Oxşar xəbərlər