İsrailin təhsil sistemi öyrənilir

İsrailin təhsil sistemi öyrənilir İsrailin Kaye Akademik Kollecinin Tədqiqat Komitəsinin rəhbəri professor Mark Applebaum Bakı Dövlət Universitetinin (BDU) əməkdaşları, gənc tədqiqatçıları və tələbələri üçün “XXI əsrdə İsraildə təhsil. Daxildən baxış” mövzusunda mühazirə deyib.
Professor M.Applebaum İsrailin unikallığını qoruyan təhsil sisteminin dünya təhsil məkanına inteqrasiyası baxımından yeni, interaktiv təlim texnologiyalarından istifadənin zərurətini diqqətə çatdırıb. Müasir təhsil metodlarından istifadənin nəzəri və təcrübi məsələlərinə toxunan tədqiqatçı-alim öz çıxışında İsrail və digər ölkələrdəki pedaqoji yanaşma və təlim texnologiyalarının müqayisəli analizini aparıb.
Vurğulanıb ki, İsraildə tədris prosesinin idarə olunmasında bilikyönümlü və bacarıqyönümlü təlim texnologiyalarının özünəməxsusluğuna, yaratdığı təsirə böyük əhəmiyyət verilir.
Qeyd edək ki, Mark Applebaum BDU-nun Mexanika-riyaziyyat fakültəsinin məzunudur.

Tehsil-press.az


Oxşar xəbərlər