Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri İsraildə peşəkar vərdişlərə yiyələnəcəklər

Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri İsraildə peşəkar vərdişlərə yiyələnəcəklər Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) bu ali təhsil müəssisəsi ilə İsrailin turizm təşkilatları arasında mövcud əlaqələri gücləndirmək məqsədilə görüş keçirilib. Bu barədə Görüşdə vurğulanıb ki, 2008/2009-cu tədris ilindən indiyədək ATMU tələbələrindən 238-i İsrailin müxtəlif şəhərlərində fəaliyyət göstərən nüfuzlu otellərdə və turizm iaşə obyektlərində keçirdikləri istehsalat təcrübəsini uğurla başa vurub. Elə bu səbəbdən qarşıdakı tədris ilində də tələbələrin İsraildə istehsalat təcrübəsinin təşkili nəzərdə tutulur.

ATMU-nun Mətbuat Xidməti

Oxşar xəbərlər