İsrailin Xarici İşlər Nazirliyinin şöbə rəhbəri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində

İsrailin Xarici İşlər Nazirliyinin şöbə rəhbəri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İsrailin Xarici İşlər Nazirliyinin İqtisadiyyat şöbəsinin Asiya və MDB ölkələri üzrə rəhbəri, səfir Mixael Lotem və İsrailin Azərbaycandakı səfiri Dan Stav Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) olublar.
Görüşdə bu ali məktəbin rektoru, professor Mustafa Babanlı rəhbərlik etdiyi təhsil müəssisəsinin fəaliyyəti, beynəlxalq əlaqələr haqqında ətraflı məlumat verib.
Rektor, eyni zamanda, İsraillə təhsil əlaqələrinin əhəmiyyətini diqqətə çatdırıb.
Neft-qaz və enerji sahəsində ADNSU-nun təcrübəsindən faydalanmağın və İsrailin bu sahədəki təcrübəsini bölüşməyin gələcək əməkdaşlığın əsas istiqaməti olduğunu vurğulayan Mixael Lotem tələbə mübadiləsi və digər sahələrdə qarşılıqlı layihələrin hazırlanmasının xüsusi önəm daşıdığını qeyd edib.
Qonaqlar ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzinin startap layihələri ilə tanış olub, tələbələrin bu layihələrini yüksək qiymətləndirib və innovativ ideyalara dəstək verilməsinin əhəmiyyəti vurğulanıb.

Hikmət Əliyev


İsrailin Xarici İşlər Nazirliyinin şöbə rəhbəri Azərbaycan Dövlət Neft və Sənaye Universitetində

Oxşar xəbərlər