ADA Unversiteti “Təmiz ölkəm” ekoloji layihəsinə start verib

ADA Unversiteti “Təmiz ölkəm” ekoloji layihəsinə start verib Martın 15-də ADA Universitetində bu ali təhsil ocağının və “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə VII Bahar Gənclik Festivalı keçirilib.
Tədbirdə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev, “Coca-Cola” şirkətinin nümayəndələri, tələbələr iştirak ediblər.
Festival çərçivəsində ADA Universitetinin “Coca-Cola” və “AzEkol” şirkətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə “Təmiz ölkəm” layihəsinə başladığı elan olunub.
Tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edən ADA Universiteti Fondunun prezidenti Natiq Hacıyev bildirib: “ADA Universiteti "Coca-Cola" şirkəti ilə 2012-ci ildən bəri əməkdaşlıq edir. Bizim bircə həyata keçirdiyimiz "Ağac əkək, təbiətə töhfə verək" layihəsi uğurla həyata keçirilib. Layihə çərçivəsində ölkəmizdə ekoloji maarifləndirmə işləri görülüb və 100 minə yaxın ağac əkilib. Bu gün bu tədbir vasitəsilə start verdiyiniz "Təmiz ölkəm" layihəsi də ətraf mühitin qorunmasına yönəlib və inanırıq ki, biz yenə də müsbət nəticələr əldə edəcəyik”.
Qeyd olunub ki, “Təmiz ölkəm” layihəsinin əsas məqsədi plastik kütlənin təkrar emalı barədə ictimaiyyәt arasında maariflәndirmә işlərinin aparılması, plastik butulkaların toplanaraq tәkrar emala göndәrilmәsini təbliğ etməkdir. Layihənin icrası cəmiyyətdə təkrar emal ənənəsinin formalaşdırılması, plastik tullantıların qruplaşdırılması üçün əlverişli platforma rolunu oynayacaq.
Tədbir konsert proqramı ilə davam edib.

ADA-nn Mətbuat Xidməti

Oxşar xəbərlər