Pedaqoji Universitet və Təhsil İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub

Pedaqoji Universitet və Təhsil İnstitutu arasında əməkdaşlıq perspektivləri müzakirə olunub Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsil İnstitutunun direktoru Rüfət Əzizovla görüş keçirilib.
ADPU-nun rektoru professor Cəfər Cəfərov Təhsil İnstitutu ilə uzun müddətdir davam edən elmi-pedaqoji əməkdaşlıqdan və ortaq layihələrin icrasından söz açıb, hazırda da STEAM, inklüziv təhsil sahəsində tədris modullarının və təlim-metodik vəsaitlərin hazırlanması sahəsində əməkdaşlığı yüksək qiymətləndirib.
Təhsil İnstitutunun direktoru Rüfət Əzizov ADPU-nun ölkəmizdə təhsilin məzmunu və metodikası, o cümlədən müasir təhsil islahatlarında önəmli elmi-metodik mərkəz olduğunu və müəllim hazırlığının bayraqdarı kimi öz fəaliyyətində müasir pedaqoji araşdırmalar tətbiq etdiyini vurğulayıb. O, ADPU ilə çoxşaxəli elmi-pedaqoji əməkdaşlığın verəcəyi faydalara toxunub.
ADPU-nun prorektorlarından professor Asəf Zamanov, dosent Eldar Aslanov bakalavriat səviyyəsində tədrisin təşkili metodları, müvafiq sahələr üzrə tədris modullarının tətbiqi, magistratura və doktorantura səviyyəsində yüksəkixtisaslı pedaqoji kadrların, metodistlərin hazırlanması ilə bağlı fikirlərini bölüşüblər.
Görüşdə ümumilikdə ADPU və Təhsil İnstitutu arasında əlaqələrin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Hazırda icra olunan bir neçə ortaq layihələrin gedişindən məmnunluq ifadə edilib.

Tehsil-press.az



Oxşar xəbərlər