Moskva İslam İnstitutunun rektoru Azərbaycan İlahiyyat İnstitutunda

Moskva İslam İnstitutunun rektoru Azərbaycan İlahiyyat İnstitutunda Rusiya Federasiyasının Müsəlman Ruhani İdarəsi sədrinin birinci müavini, Moskva İslam İnstitutunun (Mİİ) rektoru professor Damir Muxetdinov Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) əməkdaş və tələbələrlə görüşüb, Mİİ-də aparılan elmi-tədqiqatlar haqqında məlumat verib. O, tələbə mübadiləsi, bir sıra digər layihələrin həyata keçirilməsinin mümkünlüyünü ifadə edib.
Görüşdə çıxış edən bu ali məktəbin rektoru, dosent Aqil Şirinov imzalanan əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilə biləcək layihələr barədə danışıb.
Sonra “Müasir İslam düşüncəsi” mövzusunda seminar keçirilib. Seminarda Allahın varlığı, fərqli Tanrı təsəvvürləri, İslam düşüncəsində müxtəlif məktəblərin rolu, radikallaşma və digər mövzular haqqında danışılıb.

Tehsil-press.az

Oxşar xəbərlər