Azərbaycan İlahiyyat İnstitutunun şöbə müdiri konfransda məruzə ilə çıxış edib

Azərbaycan İlahiyyat İnstitutunun şöbə müdiri konfransda məruzə ilə çıxış edib Özbəkistan Beynəlxalq İslam Akademiyasının təşkilatçılığı ilə “Dinşünaslığın aktual problemləri” mövzusunda respublika elmi-praktik konfransı keçirilib. Tədbirdə Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) Tədris şöbəsinin müdiri Zərifə Əliyeva “Azərbaycanda dini ali təhsil müəssisələri: Azərbaycan İlahiyyat İnstitutu” mövzusunda məruzə ilə çıxış edib.
Onlayn konfransda Özbəkistan Beynəlxalq İslam Akademiyasının rektoru Muzaffar Kamilov, Özbəkistan Müsəlmanları İdarəsi sədrinin müavini Utkirbek Xasanboyev, UNESCO üzrə Özbəkistan Milli Komissiyasının baş katibinin müavini Sayıdafzal Mallaxonov, İmam Buxari Beynəlxalq Araşdırma Mərkəzinin direktoru Şovosil Ziyodov, Daşkənd İslam İnstitutunun rektoru Uyqun Qafurov, Nur Mübarək Misir İslam Mədəniyyəti Universitetinin və digər ali təhsil müəssisələrinin professor və müəllimləri, doktorantlar, magistrlər, müvafiq təşkilatların mütəxəssisləri iştirak ediblər.
Zərifə Əliyeva məruzəsində Azərbaycan İlahiyyat İnstitutunun yaranması, missiyası, fəaliyyəti, tədris prosesinin təşkili, təhsil proqramları, xarici əlaqələri, eləcə də ali məktəbin əldə etdiyi nailiyyətləri və perspektivləri haqqında danışıb.
Sonra müzakirələr aparılıb, suallar cavablandırılıb.
Konfrans Beynəlxalq İslam Akademiyası və UNESCO-nun Dinşünaslıq və dünya dinlərinin müqayisəli tədqiqi departamentinin təşkil etdiyi sayca 14-cü tədbirdir.

Tehsil-press.az


Oxşar xəbərlər