ABŞ-dan ölkəsinə dönən Ukrayna Prezidenti yolüstü polşalı həmkarı ilə görüşüb

ABŞ-dan ölkəsinə dönən Ukrayna Prezidenti yolüstü polşalı həmkarı ilə görüşüb ABŞ səfərindən ölkəsinə geri dönən Ukrayna Prezidenti Volodimir Zelenski yolüstü polşalı həmkarı Andrjey Duda ilə görüşüb.
A.Duda sosial mediada Jeşuv şəhərində baş tutan görüşdə gələn il üçün strateji fəaliyyət planları və əməkdaşlıq məsələlərinin müzakirə edildiyini bildirib. V.Zelenski isə öz növbəsində sosial şəbəkədə etdiyi paylaşımda qeyd edib ki, görüşdə gələcək üçün strateji planlar, ikitərəfli münasibətlər və 2023-cü ildə beynəlxalq səviyyədə əməkdaşlıq məsələləri müzakirə edilib. O, Polşaya davamlı və güclü dəstəyə görə təşəkkür edib.
Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Polşa Ukrayna dövlət başçısının ABŞ-dan sonra səfər etdiyi ikinci ölkədir.
Qeyd edək ki, Jeşuv şəhəri “xilaskar şəhər” titulunu daşıyır. Bu titulu şəhərə Ukraynadan gələn qaçqınların qəbulu və onlara göstərilən qayğıya görə bu ilin may ayında Ukrayna Prezidenti verib.

Tehsil-press.az

Oxşar xəbərlər