“Böyük Qayıdışın elmi-təhsil və sosial-mədəni aspektləri” – dəyirmi masa

“Böyük Qayıdışın elmi-təhsil və sosial-mədəni aspektləri” – dəyirmi masa Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbi, İqtisadiyyat və idarəetmə fakültəsi və Koqnitiv İqtisadiyyat Mərkəzinin birgə təşkilatçılığı ilə “Şuşa İli”nə həsr olunan “Böyük Qayıdışın elmi-təhsil və sosial-mədəni aspektləri” mövzusunda dəyirmi masa təşkil olunub.
Rus İqtisad Məktəbinin direktoru, Koqnitiv İqtisadiyyat Mərkəzinin rəhbəri, dosent Mənsur Bərxudarov rəqəmsal iqtisadiyyata keçidin əsas lokomotivi olan investisiyalardan söz açıb. Gənc nəslə vətənpərvərlik hisslərinin aşılanmasının əhəmiyyətindən bəhs edən mərkəz direktoru, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icra mexanizmləri barədə də məlumat verib.
Tədbirdə doğma yurd-yuvalarına qayıtmış əhalinin adaptasiyasında ictimaiyyətin rolunun artırılmasından, Dövlət Proqramında əks olunan məsələlərin həlli, maddi mədəniyyət abidələrinin elmi araşdırma aspektlərindan danışılıb.
Çıxış edənlər Qarabağ və Şərqi Zəngəzura qayıdan əhalinin aktivliyinin stimullaşdırma aspektlərindən, ərazilərin bərpasında dünya təcrübəsinin tətbiqindən, rəqəmsal cəmiyyətin formalaşması şəraitində öz torpaqlarına qayıdan əhalinin kadr hazırlığı məsələlərindən bəhs ediblər.
Dəyirmi masa mövzu ilə bağlı müzakirələrlə davam edib.

Tehsil-press.az

Oxşar xəbərlər