UNEC Rusiya ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir

UNEC Rusiya ali təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirir Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov Rusiyanın Belqorod Dövlət Elmi-Tədqiqat Universitetində (BDETU) olub.
Rusiyaya səfəri çərçivəsində M.Barxudarov UNEC Rus İqtisad Məktəbi ilə BDETU-nun İqtisadiyyat və İdarəetmə İnstitutu arasında 2019/2020-ci tədris ili üçün birgə fəaliyyət planının təsdiqi və icrasına dair müzakirələr aparıb. Həmçinin BDETU-nun beynəlxalq əməkdaşlıq üzrə prorektoru V.A.Kuçmistı ilə görüşərək, hər iki ali təhsil müəssisəsi arasında mümkün əməkdaşlıq imkanlarını müzakirə edib.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər