“Qarabağın maddi mədəniyyət abidələri” - elmi seminar

“Qarabağın maddi mədəniyyət abidələri” - elmi seminar Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Qarabağın maddi mədəniyyət abidələri” mövzusunda elmi seminar keçirilib.
Humanitar fənlər kafedrasının müdiri professor Vəkil Həsənov seminarın “Şuşa İli” ilə bağlı təsdiqlənmiş tədbirlər planına uyğun olaraq keçirildiyini bildirib.
Çıxış edənlər Qarabağın qədim abidələri, Qarabağın və Şərqi Zəngəzurun alban abidələri barədə məlumat veriblər.
Tədbir çərçivəsində professor Məhəbbət Paşayeva 2022-ci ildə nəşr olunmuş “Qarabağın və Şərqi Zəngəzurun alban abidələri” kitabını kafedraya təqdim edib.
Sonda suallar cavablandırılıb.

Tehsil-press.az

Oxşar xəbərlər