BDU-da “Qarabağ: milli-mənəvi dəyərlər ocağı” mövzusunda onlayn tədbir keçirilib

BDU-da “Qarabağ: milli-mənəvi dəyərlər ocağı” mövzusunda onlayn tədbir keçirilib Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsində Tələbə Gənclər Təşkilatı (TGT) tərəfindən “Qarabağ: milli-mənəvi dəyərlər ocağı” mövzusunda onlayn tədbir keçirilib.
Tədbirdə Mexanika-riyaziyyat fakültəsinin TGT sədrinin müavini Fidan Məmmədli və fakültənin tələbəsi Aida Ömərli təqdimat edib. Təqdimatda Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağın füsunkar təbiəti, yaşı minilliklərlə ölçülən abidələri və zəngin mədəniyyətini özündə əks etdirən slayd və videoçarx nümayiş olunub. Videoçarxda, həmçinin işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri, Qarabağın yeni və qürurverici görüntüləri əksini tapıb.

Tehsil-press.az

Oxşar xəbərlər