Azərbaycanlı alimin məqaləsi Ukraynada beynəlxalq reytinqli jurnalda nəşr olunub

Azərbaycanlı alimin məqaləsi Ukraynada beynəlxalq reytinqli jurnalda nəşr olunub Azərbaycan Turizm və Menecment Universitetinin İctimai fənlər kаfеdrаsının professoru Məhərrəm Zülfüqarlının “Yəhudi abidələri Azərbaycan paytaxtı Bakıda: Tarix və müasir dövr” mövzusunda məqaləsi Ukraynanın “Qrani” elmi-nəzəri almanaxında nəşr olunub.
Məqalədə Azərbaycan Respublikasının paytaxtında olan yəhudi tarixi abidələri haqqında ətraflı elmi məlumat və abidələrin şəkilləri öz əksini tapıb. Məqalədə Bakıdakı qədim yəhudi abidələri ilə yanaşı, müasir dövrə aid abidələr, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəli haqqında da geniş məlumat verilib.
Qeyd edək ki, “Qrani” elmi-nəzəri almanaxı Ukrayna Ali Attestasiya Komissiyasının elmi məqalələr üçün tövsiyə etdiyi jurnalların siyahısına daxil olan beynəlxalq reytinqli jurnaldır.

Tehsil-press.az


Oxşar xəbərlər