“Sənətimiz sizin üçün” - UNEC-də sərgi
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) İnklüziv Təhsil Mərkəzi və Bacarıqlı Əllər Dünyası İctimai Birliyinin birgə təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş “Sənətimiz sizin üçün” adlı satış-sərgi keçirilib.
Əvvəlcə UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova sərgi barədə qonaqlara məlumat verib.
Sonra satış-sərgini ziyarət edənlər əlilliyi olan uşaq və yeniyetmələrin, qazilərin, şəhid övladlarının bir-birindən maraqlı əl işləri ilə tanış olublar.
Tehsil-press.az
- Baxış: 2208
Xəbərin tarixi: 31.12.2022 / 12:12
-
Oxşar xəbərlər