Yaponiyada əhaliyə hər uşaq üçün bir milyon yen (təxmini 13 min manat) təklif edilir.
Yaponiya hakimiyyəti bu yolla ciddi demoqrafik problemləri həll etmək niyyətindədir.
Əgər ailə Tokiodan başqa bölgələrə köçməyə razı olarsa, hər uşaq üçün bir milyon yen (təxmini 13 min manat) veriləcək. Təklifi qəbul edən insanlar isə ölkənin “dəbdə olmayan” bölgələrinə köçürüləcək ki, yaşlıların sayının çoxaldığı bu bölgələr əhali azlığından əziyyət çəkməsinlər.
Bu bölgələrə köç edənlərə maddi stimul kimi əvvəlki 300.000 yenlik (təxmini 3900 manat) ödənişlə müqayisədə daha çox məbləğ veriləcək və bu, aprel ayında tətbiq ediləcək.
Siyasətçilər meqapolisdə əhalinin sıxlığını azaltmaq üçün daha çox işlərin görülməli olduğunu düşünürlər. Onlar insanları ölkənin “dəbdə olmayan” yerlərində yeni həyata başlamağa təşviq etmək istəyirlər. Çünki gənclərin çoxu Tokio, Osaka və digər böyük şəhərlərə köçdüyü üçün burada yaşlı əhalinin sayı artıb.
Lakin asan yolla pul qazanmağa və sonra paytaxta qayıtmağa ümid edən ailələr məyus olacaqlar. Çünki onlar yeni evlərdə ən azı beş il yaşamalıdırlar, ailə üzvlərindən biri isə işləməli və ya yeni iş yeri açmalıdır. Daha bir vacib məqam isə odur ki, beş il bitmədən köçdükləri yeri tərk edənlər pulu qaytarmalı olacaqlar.
Tehsil-press.az