ADU-da gecikən tələbələr imtahana buraxılıblar

ADU-da gecikən tələbələr imtahana buraxılıblar Azərbaycan Dillər Universitetində (ADU) qış imtahan sessiyası davam edir. Qarlı hava şəraiti ilə əlaqədar imtahana gecikən tələbələrə bir saatadək şərait yaradılıb.
Imtahanların saat 10:00-da başlayıb 12:00-da bitməsinə baxmayaraq, gecikənlər sessiyaya buraxılıblar.
Həmçinin yaşayış yerinə görə imtahana gələ bilməyən tələbələrin iştirak etməməsi üzrlü sayılacaq və onlar üçün sessiya müddətində növbəti günlərdə yenidən imtahan təşkil olunacaq.

Tehsil-press.az


Oxşar xəbərlər