Dövlət İmtahan Mərkəzi tərəfindən SAT imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi tərəfindən SAT imtahanı keçiriləcək Mayın 4-də Dövlət İmtahan Mərkəzində (DİM) növbəti SAT imtahanı keçiriləcək.
İmtahanda iştirak edəcək şəxslər saat 07:45-dən gec olmayaraq imtahan binasında olmalıdırlar. İmtahana gecikən şəxslər test mərkəzinə buraxılmayacaq. İmtahan saat 08:30-da DİM-in Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M ünvanında yerləşən inzibati binasında başlayacaq və 3 saat 45 dəqiqə (fasiləsiz) davam edəcək.
SAT imtahanları və qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı linkdən əldə etmək mümkündür: http://dim.gov.az/activities/exams/sat/

Tehsil-press.az

Oxşar xəbərlər